...

Barak Obama İlham Əliyevi Ramazan ayının başlanması münasibətilə təbrik edib

Siyasət Materials 14 Avqust 2010 21:04 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müsəlmanların müqəddəs Ramazan ayının başlanması münasibətilə ən xoş arzularını çatdırıb, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi şənbə günü məlumat verib.
Barak Obama İlham Əliyevi Ramazan ayının başlanması münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 14 avqust /Trend/

ABŞ Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müsəlmanların müqəddəs Ramazan ayının başlanması münasibətilə ən xoş arzularını çatdırıb, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi şənbə günü məlumat verib.                  

Azərbaycan Prezidentinə öz salamlarını ABŞ Prezidenti 13 avqustda Ağ Evdə keçirilmiş iftar ziyafəti vaxtı Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevlə qısa söhbəti zamanı ifadə etmişdir.

Bir sıra xarici dövlətlərin səfirlərinin, Administrasiyanın və Konqresin üzvlərinin və ABŞ-ın müsəlman icmasının nümayəndələrinin qatıldığı ziyafət Müqəddəs Quran surələrinin oxunması ilə başlamış və sonra qonaqlar iftar masasına dəvət olunmuşlar.

İftar məclisinin iştirakçıları qarşısında etdiyi çıxışında Prezident Obama Ramazanın düşüncə, etiqada sadiqlik, ehtiyacı olanları yardım və dəstək ayı olduğunu bildirmişdir. ABŞ Prezidenti qeyd etmişdir ki, irqi bərabərlik dini olan İslam daima Amerika həyatının bir hissəsi olmuş və Amerika müsəlmanları ABŞ-ın inkişafına böyük töhfələr vermişlər.

Xəbər lenti

Xəbər lenti