...

İrakli Kavtaradze Azərbaycana səfir təyin olunmaya bilər – Gürcüstan səfirinin müavini

Siyasət Materials 8 Sentyabr 2010 17:35 (UTC +04:00)
Parlamentin beynəlxalq münasibətlər komitəsi sədrinin birinci müavini İrakli Kavtaradze ola bilsin ki, Azərbaycana səfir təyin olunmasın.
İrakli Kavtaradze Azərbaycana səfir təyin olunmaya bilər – Gürcüstan səfirinin müavini

Gürcüstan, Tbilisi, 8 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Parlamentin beynəlxalq münasibətlər komitəsi sədrinin birinci müavini İrakli Kavtaradze ola bilsin ki, Azərbaycana səfir təyin olunmasın. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirinin müavini Nikoloz Qoqitidze bu gün jurnalistlərlə söhbətində bildirib.

Onun məlumatına görə, Gürcüstan hökuməti Kavtaradzeni başqa ölkəyə səfir təyin edir. Lakin ona bunun məhz hansı ölkə olduğu məlum deyil.

Kavtaradze Prezident Mixail Saakaşvilinin təqdimatı üzrə parlament tərəfindən aprel ayında Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə təsdiq edilib. Lakin bu müddət ərzində o, Bakıdan aqreman (namizədliyi verilən diplomatik elçinin qəbulu haqqında razılıq) almayıb.

Xəbər lenti

Xəbər lenti