...

Tina Kaydanov Tbilisidə görüşlər keçirəcək

Siyasət Materials 10 Sentyabr 2010 11:42 (UTC +04:00)
ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanov Gürüstana səfəri başlayıb.
Tina Kaydanov Tbilisidə görüşlər keçirəcək

Gürcüstan, Tbilisi, 10 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanov Gürüstana səfəri başlayıb. Gürcüstan XİN-dən Trend-ə verilən məlumata görə, Kaydanov Tbilisiyə cümə günü gecə saatlarında gəlib.

O, bu gün Gürcüstanın Baş naziri Nika Qilauri və xarici işlər naziri Qriqol Vaşadze ilə görüşəcək.

Gürcüstanın Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Kaydanov strateji tərəfdaşlıq üzrə Gürcüstan-ABŞ Xartiyasının həyata keçirilməsi ilə bağlı Gürcüstan-ABŞ komissiyasının yekun görüşünün hazırlığı məsələlərini müzakirə edəcək.

Tərəflər iclasın keçirilmə vaxtı və gündəliyi barədə razılığa gələcəklər. Komissiya çərçivəsində müxtəlif istiqamətlər üzrə dörd işçi qrupu çalışır.

Xəbər lenti

Xəbər lenti