...

Azərbaycan Prezidenti ilə Gürcüstan Prezidenti arasında görüş keçirilib

Siyasət Materials 13 Sentyabr 2010 23:21 (UTC +04:00)
Bazar ertəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşü olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti ilə Gürcüstan Prezidenti arasında görüş keçirilib

Bazar ertəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşü olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Azərbaycan, Gürcüstan, Rumıniya prezidentləri və Macarıstan Baş nazirinin Bakıda keçiriləcək görüşünün əhəmiyyətindən danışan dövlət başçıları AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduqlarını bildirdilər.

Xəbər lenti

Xəbər lenti