...

İlham Əliyev Azərbaycan vətəndaşlarının oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb

Siyasət Materials 18 Sentyabr 2010 01:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.
İlham Əliyev Azərbaycan vətəndaşlarının oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Fərmana əsasən, "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün qərara alınıb ki, 1992-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2010-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar.

Həmçinin "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2010-cu ilin oktyabrın 1-dən 30-dək ehtiyata buraxılması Fərman ilə qərara alınıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti