...

Azərbaycanın müxalif partiyası beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirmək niyyətindədir

Siyasət Materials 18 Oktyabr 2010 17:48 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat Partiyası beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirmək niyyətindədir.
Azərbaycanın müxalif partiyası beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat Partiyası beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirmək niyyətindədir. Trend-in Müsavatın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə qərar partiya Divanının bazar ertəsi keçirilən iclası zamanı verilib.

Partiya sədri ATƏT PA-nın müşahidə missiyasının rəhbəri ilə görüşü haqqında məlumat verib. Məlumat əsasında aparılan müzakirələrdən sonra qərara alınıb ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq daha da gücləndirilsin, eyni zamanda, onlardan seçkilərlə bağlı obyektiv və ədalətli münasibət tələb edilsin.

Divanın iclasında görülən işlər, partiyadaxili, parlament seçkiləri və ictimai-siyasi vəziyyətə dair məsələlər də müzakirə olunub.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb. 1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib.

Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti