...

Gürcüstan Avstriyadakı konsulunu geri çağırır

Siyasət Materials 20 Oktyabr 2010 11:18 (UTC +04:00)
Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze Gürcüstanın Avstriyadakı konsulunun geri çağırılması haqqında bəyanatla çıxış edib.
Gürcüstan Avstriyadakı konsulunu geri çağırır

Gürcüstan, Tbilisi, 20 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze Gürcüstanın Avstriyadakı konsulunun geri çağırılması haqqında bəyanatla çıxış edib. Onun sözlərinə görə, konsul Tamara Kikvidze Avstriyada vəzifəsinin öhdəsindən çox bacarıqla gəlir, lakin diplomatın həyatında "daha başqa şeylər var".

Onun sözlərinə görə, geri çağırılma onun işi ilə deyil, başqa amillərlə bağlıdır. "Yoxlama aparılır, baş müfəttişlik bəzi səbəbləri öyrənir. XİN yekun rəyi gözləyir", - Kalandadze çərşənbə axşamı jurnalistlərə bildirib. Bununla yanaşı, nazir müavini "başqa amil"in nədən ibarət olduğunu deməyib.

Bu arada, kuluar məlumatlara görə, Avstriyada Gürcüstan konsulunun oğlunun iştirakı ilə insident baş verib. Baş vermiş mübahisə zamanı o, bıçaqla Avstriya vətəndaşını yaralayıb.

Xəbər lenti

Xəbər lenti