...

Türkiyə müdafiə nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb (YENİLƏNİB)

Siyasət Materials 1 Noyabr 2010 15:00 (UTC +04:00)
RED. əlav.: Türkiyə müdafiə nazirinin Azərbaycana səfərinin proqramı haqqında məlumat əlavə olunub
Türkiyə müdafiə nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb (YENİLƏNİB)

RED. əlav.: Türkiyə müdafiə nazirinin Azərbaycana səfərinin proqramı haqqında məlumat əlavə olunub

Azərbaycan, Bakı, 01 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin müdafiə naziri Vəcdi Gönülünün Azərbaycana səfərinin proqramı açıqlanıb.

Səfər çərçivəsində Türkiyə müdafiə idarəsinin rəhbərinin Prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə, müdafiə naziri Səfər Əbiyev, müdafiə sənayesi naziri Yavər Camalov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşləri planlaşdırılıb. Bu barədə bazar ertəsi Trend-ə Türkiyə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Ertan Erozcan deyib.

Türkiyənin müdafiə naziri Vecdi Gönül noyabrın 2-4-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bu gün yayılan məlumatında deyilir.

Səfər zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın müzakirə edilməsi planlaşdırılır.

Azərbaycan 30-dan çox dünya ölkəsi ilə hərbi-texniki əməkdaşlığa dair razılaşma imzalayıb və dünyanın 50-dən çox ölkəsi ilə bu sahədə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti