...

Azərbaycan Prezidenti Ağdamın Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)

Siyasət Materials 12 Noyabr 2010 23:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Ağdam rayonuna gəlib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Ağdamın Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)

RED. əlav.: Birinci abzasdan sonra məlumat yenilənib və şəkillər əlavə olunub.

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Ağdam rayonuna gəlib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan dövlətinin hərtərəfli dəstəyi ilə Ağdam rayonunda istehsalın həcmi artır, əhalinin həyat şəraitinin yaxşılaşması üçün ardıcıl kompleks tədbirlər həyata keçirilir. Cari ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün maliyyə mənbələri hesabına əsas kapitala 4 dəfədən çox investisiya yönəldilmişdir. Rayonda tikinti-quraşdırma işləri ilbəil genişlənir, abadlıq və yaşıllaşdırma tədbirləri görülür. Kənd təsərrüfatının inkişafı da diqqət mərkəzindədir. Ağdamın işğal edilməmiş ərazilərində əhali üçün fərdi evlərin tikintisi diqqətdə saxlanılır. İnfrastrukturun müasirləşdirilməsi və əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülmüşdür. İlin əvvəlindən bəri rayonda 413 yeni iş yeri açılmış, 715 nəfər mövsümi işlərə cəlb edilmişdir.

Dövlətimizin başçısı və xanımı Quzanlı qəsəbəsinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdilər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Xəbər lenti

Xəbər lenti