...

Kanadada Gürcüstanın səfirliyi açılacaq

Siyasət Materials 15 Noyabr 2010 14:05 (UTC +04:00)
Noyabrın 19-da Kanadanın paytaxtı Ottavada Gürcüstan səfirliyi açılacaq. Bu barədə bazar ertəsi ənənəvi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze deyib.
Kanadada Gürcüstanın səfirliyi açılacaq

Gürcüstan, Tbilisi, 15 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Noyabrın 19-da Kanadanın paytaxtı Ottavada Gürcüstan səfirliyi açılacaq. Bu barədə bazar ertəsi ənənəvi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze deyib.

Onun sözlərinə görə, bu vaxta qədər Gürcüstanın Kanadada diplomatik nümayəndəliyi olmayıb və ölkəni Gürcüstanın ABŞ-dakı səfiri təmsil edib, bu isə effektiv olmayıb.

Nazir müavinin sözlərinə görə, səfirliyin açılış mərasimində iştirak etmək üçün Kanadaya Gürcüstan XİN nümayəndə heyəti yola düşəcək. Gürcüstan tərəfinin əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi Ticarət Departamentinin nümayəndələri ilə görüşləri də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti