...

Azərbaycanın fövqəladə hallar naziri Rusiya FHN-in medalı ilə təltif olunub

Siyasət Materials 16 Dekabr 2010 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov cümə axşamı Bakıda əhalinin və ərazilərin fövqəladə hallardan müdafiəsi, risklərin və təbii fəlakətlərin nəticələrinin azaldılması sahəsində çoxillik və səmərəli əməkdaşlığa görə Rusiya FHN-in "20 il Rusiya FHN" medalı ilə təltif olunub.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi 2005-ci ildə yaradılıb.

Nazir Kəmaləddin Heydərovun başçılığı ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti nazirliyin yaradılmasının beş illiyi ilə əlaqədar cümə axşamı Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.

FHN-in nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərin məzarları önünə güllər qoyub.

Xəbər lenti

Xəbər lenti