...

Müsavat AXCP ilə birləşmək məsələsinə son qoyub

Siyasət Materials 10 Yanvar 2011 17:21 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat Partiyasının qurultayında Xalq Cəbhəsi Partiyası ilə birləşmək məsələsi müzakirə olunmayacaq.
Müsavat AXCP ilə birləşmək məsələsinə son qoyub

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat Partiyasının qurultayında Xalq Cəbhəsi Partiyası ilə birləşmək məsələsi müzakirə olunmayacaq. Bu barədə bazar ertəsi Trend-ə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

"Ola bilər ki, kimsə bu məsələni qaldırsın, ancaq Məclis qurultaylararası dövrdə partiyanın ali orqanıdır. Bu ali orqanda partiyanın mövqeyi Məclis üzvlərinin yekdil qərarı ilə qəbul olunub. Bu mərhələdə "Müsavat" Məclisinin qərarı AXCP-nin müraciətinə cavabdır", - Hacılı əlavə edib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyalarının birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat Partiyasına birləşmək haqqında qərar qəbul olunub.

Müsavat Partiyası da cari ilin aprel-may aylarında qurultay keçirməyi planlaşdırır.

"Müsavat Partiyasının Məclisi AXCP ilə müttəfiqlik münasibətlərinin qorunub saxlanılması və daha da dərinləşdirilməsi ilə əlaqədar qərar qəbul edib və 2011-ci ilin iş planında da bu məsələ məhz bu şəkildə öz əksini tapır. Müsavat Partiyasının Məclisi partiyasının ali orqanıdır və burada qəbul olunmuş qərar onun mövqeyidir. Şübhəsiz ki, zaman-zaman Müsavatla AXCP-nin birləşməsi, müttəfiqlik məsələləri və digər məsələlər müstəviyə gəlib və yenə gələ bilər. Ancaq bu mərhələdə bu mövzu Müsavat Partiyasının qərarı ilə yekunlaşıb. Yəni Müsavat Məclisi Xalq Cəbhəsinin birləşmə ilə əlaqədar müraciətinə öz qərarı ilə cavab verib", - Hacılı qeyd edib.

"Yəqin ki, bu məsələ Müsavatın qurultayında müzakirə olunmayacaq. Ola bilər ki, kimsə bu məsələni qaldırsın, ancaq Məclis qurultaylararası dövrdə partiyanın ali orqanıdır. Bu ali orqanda partiyanın mövqeyi Məclis üzvlərinin yekdil qərarı ilə qəbul olunub", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti