...

Azərbaycan Prezidenti Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbərini qəbul edib

Siyasət Materials 7 Fevral 2011 15:44 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul edib
Azərbaycan Prezidenti Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın yeni vəzifədə ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə etdi. Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluq və qardaşlıq prinsipləri üzərində qurulduğunu deyən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, Milli təhlükəsizlik sahəsində də ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf edəcəyinə əminliyini bildirdi. Yaşadığımız bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu sahədə Türkiyə-Azərbaycan əlaqələrinin inkişafının bütün bölgəyə müsbət təsir göstərdiyini bildirib.

Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Yeni vəzifədə ölkəmizə səfərindən qürur hissi keçirdiyini bildirən Hakan Fidan Bakıda böyük dəyişikliyin və inkişafın şahidi olduğunu və bundan çox sevindiyini dedi.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti