...

Azərbaycan Parlamentinin növbəti iclasının gündəliyi açıqlanıb

Siyasət Materials 3 Mart 2011 11:15 (UTC +04:00)
Azərbaycan Parlamentinin martın 4-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
Azərbaycan Parlamentinin növbəti iclasının gündəliyi açıqlanıb

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin martın 4-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvvəkküloğlu cümə axşamı Trend-ə bildirib ki, iclasın gündəliyinə İnsan Hüquqları üzrə Müvəkkilin illik məruzəsi, hökumətlərarası sazişlərin, birgə bəyənnamələrin təsdiq edilməsi salınıb.

Eyni zamanda, gündəlikdə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanuna, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Yol hərəkəti haqqında", "Gömrük tarifi haqqında", "Yeyinti məhsulları haqqında", "Notariat haqqında", "Dərman vasitələri haqqında" qanunlara əlavə və dəyişikliklərin edilməsi əksini tapıb.

"Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanuna əlavələr edilməsi də Milli Məclisin növbəti iclasının gündəliyinə salınıb.

Xəbər lenti

Xəbər lenti