...

Azərbaycan MSK sədri Qazaxıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 17 Mart 2011 17:04 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Qazaxıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
Azərbaycan MSK sədri Qazaxıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Qazaxıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bu barədə cümə axşamı Trend-ə MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzat Qasımov bildirib.

Onun sözlərinə görə, MSK sədri Məzahir Pənahovun rəhbərlik edəcəyi nümayəndə heyəti dörd nəfərdən ibarət olacaq. Qasımov bildirib ki, nümayəndə heyətinin tərkibinin dəqiqləşdirilməsi istiqamətində iş gedir. Nümayəndə heyətinin tərkibi hələ ki, dəqiqləşməyib.

Qazaxıstanda aprelin 3-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti