...

Türkiyə Baş naziri ABŞ Prezidenti ilə Liviyadakı hadisələri müzakirə edib

Siyasət Materials 22 Mart 2011 10:30 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Barak Obama telefon danışığı zamanı Liviyadakı hadisələri müzakirə ediblər. Məlumatı Anadolu informasiya agentliyi yayı
Türkiyə Baş naziri ABŞ Prezidenti ilə Liviyadakı hadisələri müzakirə edib

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Barak Obama telefon danışığı zamanı Liviyadakı hadisələri müzakirə ediblər. Məlumatı Anadolu informasiya agentliyi yayıb.

Trend-in məlumatına görə, bundan əvvəl bazar ertəsi Ərdoğan yüksəkvəzifəli məmurlarla Şimali Afrika ölkələrindəki hadisələrin qiymətləndirildiyi iclas keçirib. İclasda xarici işlər naziri Əhməd Davudoğlu, müdafiə naziri Vecdi Gönül, Baş Qərargah rəisi general İşık Koşaner, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Türkiyənin Aİ-yə daxil olması üzrə danışıqlarda nümayəndə heyətinin rəhbəri Egemen Baxış iştirak ediblər.

Ərdoğan jurnalistlərə bildirib ki, iclasla bağlı bəyanatı Obama ilə danışıqlardan sonra verəcək.

Xəbər lenti

Xəbər lenti