...

Səfir Aqşin Mehdiyev Sent Kitts və Nevisə səfər edib

Siyasət Materials 6 May 2011 07:13 (UTC +04:00)
4-5 may 2011-ci il tarixində keçirilmiş Karib Dövlətləri Birliyinin (CARİCOM) Xarici Münasibətlər üzrə Şurasının 14-cü iclasında xüsusi dəvət olunmuş qonaq qismində iştirak etmək üçün Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir, Aqşin Mehdiyev Sent Kitts və Nevisə səfər etmişdir
Səfir Aqşin Mehdiyev Sent Kitts və Nevisə səfər edib

4-5 may 2011-ci il tarixində keçirilmiş Karib Dövlətləri Birliyinin (CARİCOM) Xarici Münasibətlər üzrə Şurasının 14-cü iclasında xüsusi dəvət olunmuş qonaq qismində iştirak etmək üçün Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir, Aqşin Mehdiyev Sent Kitts və Nevisə səfər etmişdir. Bu barədə Trend-ə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən məlumat verilib

Carı il may ayının 4-də Mehdiyev adıçəkilən iclasda çıxış edərək, Azərbaycan Respublikası tərəfindən Karib hövzəsi ölkələri ilə münasibətlərin genişləndirilməsi siyasətinin davam etdirildiyini qeyd etdi. Həmin ölkələr ilə qarşılıqlı maraq doğuran əməkdaşlığın inkişafı və dialoqun aparılması vacibliyi vurğulandı.

A.Mehdiyev çıxışında ölkəmizin inkişafı, əldə etdiyi nailiyyətləri və iqtisadi durumu barədə iclas iştirakçılarına məlumat verdi. Qeyd olundu ki, məqsədyönlü islahatların aparılması, milli inkişaf strateqiyasının uğurlu həyata keçirilməsi və davamlı iqtisadi siyasətinin aparılması nəticəsində Azərbaycan dünyada iqdisadi baxımından tez inkişaf edən ölkələrdən biri kimi tanınmışdır.

Bununla yanaşı Azərbaycan xalqının ən ağrılı problemi olan, 20 ildən çox davam edən və beynəlxalq və regional sülhə təhlükə yaradan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin müəyyən ərazisinin Ermənistan tərəfindən işğalı və onun nəticələri barədə geniş məlumat verildi.

Səfər zamanı A.Mehdiyevin Antika və Barbudanın Baş Naziri, CAROCOM-un Baş katibi, CARİCOM-a hal-hazırda sədrliyi həyata keçirən Qrenadanın Xarici İşlər Naziri, Sent Kitts və Nevisin Xarici İşlər Naziri və Trinidad və Tobaqonun Xarici İşlər Naziri ilə ikitərəfli görüşləri keçirilmişdir.

Görüşlər zamanı ikitərəfli münasibətlərin dərinləşdirilməsi, əməkdaşlıq perspektivləri, mövcud olan potensialdan geniş şəkildə istifadəsi və prioritet sahələrin müəyyən edilməsi vacibliyi, beynəlxalq səviyyədə mövqelərin daha da yaxınlaşdırılması zəruriliyi ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti