...

Azərbaycan və Belçika kommunistləri əməkdaşlıq edəcəklər

Siyasət Materials 19 May 2011 14:54 (UTC +04:00)
Azərbaycan və Belçika kommunistləri əməkdaşlıq edəcəklər.
Azərbaycan və Belçika kommunistləri əməkdaşlıq edəcəklər

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan və Belçika kommunistləri əməkdaşlıq edəcəklər.

Bu günlərdə Belçikanın paytaxtı Brüsseldə keçirilən dünya komunist partiyalarının beynəlxalq konfransı çərçivəsində Belçika və Azərbaycan Komunist partiyaları rəhbərləri arasında görüş keçirilib və qarşılıqlı əməkdaşlığa dair ilkin razılaşma əladə olunub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Komunist Partiyasının (AKP) sədri Rauf Qurbanov məlumat verib.

Onun sözlərinə görə, əməkdaşlıq əsasən təcrübə mübadiləsinə əsaslanacaq.

Qurbanov bildirib ki, iki partiyanın əməkdaşlığı Azərbaycan həqiqətlərinin Belçika ictimaiyyətinə çatdırılmasında da müsbət rol oynayacaq.

"Belçikanın Komunist Partiyasının ölkə parlamentində nümayəndələri və cəmiyyətdə kifayət qədər güclü sosial bazası var. Azərbaycanın torpaqlarının işğal ilə bağlı məsələlər həmin partiya tərəfindən Belçika parlamentində qaldırıla bilər", - o deyib.

Xəbər lenti

Xəbər lenti