Azərbaycan, Bakı, 26 may /Trend, müxbir K.Zərbalıyeva/
İran səfirliyi 28 may - Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin adından ünvanlanan təbrikdə qeyd olunur ki, İran Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir və həmişə bu ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və inkişafını dəstəkləyib.
"Bu bayram münasibətlə Azərbaycan Respublikası hökumətini və xalqını İran İslam Respublikasının hökuməti və xalqı adından təbrik etməkdən qürur duyuram", - təbrikdə vurğulanır.
İran səfirliyi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
İran səfirliyi 28 may - Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
