Azərbaycan, Bakı, 28 may /Trend /
ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval bu ştatda 28 mayı Azərbaycan Günü elan edib. Bu barədə Trend-ə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan məlumat verilib.
Qubernatorun rəsmi bəyənatında göstərilir ki, Azərbaycan əhalisinin böyük hissəsi müsəlman olan ilk demokratik dövlətdir, ABŞ bu ölkənin ərazi bütövlüyünü dəstəkləyir.
Bir müddət əvvəl Alyaska, Vaşinqton və Montana ştatlarının qubernatorları Respublika Günü münasibətilə Azərbaycan tərəfinə rəsmi bəyanat göndəriblər.