...

Venesiya Komissiyası "Siyasi partiyalar haqqında" qanun layihəsinə dəyişikliklərlə bağlı həmməruzəçilər təyin edəcək

Siyasət Materials 7 İyun 2011 15:03 (UTC +04:00)
Bu günlərdə Venesiya Komissiyası Azərbaycan hakimiyyətindən "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərə baxmaqla bağlı sorğu alıb və bu layihə üzrəində konstuktiv işləyəcəyinə ümid edir.
Venesiya Komissiyası "Siyasi partiyalar haqqında" qanun layihəsinə dəyişikliklərlə bağlı həmməruzəçilər təyin edəcək

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Bu günlərdə Venesiya Komissiyası Azərbaycan hakimiyyətindən "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərə baxmaqla bağlı sorğu alıb və bu layihə üzrəində konstuktiv işləyəcəyinə ümid edir. Bu barədə çərşənbə axşamı telefonla Trend-ə Avropa Şurası Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov deyib.

Onun sözlərinə görə, gələn həftə plenar iclas keçiriləcək. İclasda bu məsələ ilə bağlı həmməruzəçilər təyin ediləcək. Bundan sonra Venesiya Komissiyası "Siyasi partiyalar haqqında" qanunun mətni üzərində düzəlişlərə başlayacaq.

"Lazım olsa, son rəy verilənədək layihəni hazırlayanlarla fikir mübadiləsi aparmağa hazırıq. Ümid edirik ki, layihə artıq payızda hazır olacaq", - Kuznetsov qeyd edib.

Milli Məclisin payız sessiyasında "Siyasi pratiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Siyasi partiyalar mövcud "Siyasi pratiyalar haqqında" qanuna partiyaların maliyyələşdirilməsi və ya yeni qanunun qəbul edilməsi məsələsi ilə bağlı əlavə və dəyişikliklərin edilməsi üçün təkliflər irəli sürüblər.

Xəbər lenti

Xəbər lenti