...

Qəbələ RLS-dən ABŞ ilə Rusiyanın birgə istifadəsi məsələsi gündəmdə deyil - Metyu Brayza

Siyasət Materials 10 İyun 2011 19:52 (UTC +04:00)
Qəbələ RLS-dən ABŞ ilə Rusiyanın birgə istifadəsi məsələsi gündəmdə deyil. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.
Qəbələ RLS-dən ABŞ ilə Rusiyanın birgə istifadəsi məsələsi gündəmdə deyil - Metyu Brayza

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir T.Hacıyev/

Qəbələ RLS-dən ABŞ ilə Rusiyanın birgə istifadəsi məsələsi gündəmdə deyil. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.

"ABŞ-ın silahdan müdafiə siyasəti aydındır. Biz NATO-dan olan həmkarlarımızla belə düşünürük ki, müstəqil şəkildə belə bir müdafiə sisteminin olması daha məqsədəuyğundur. Yəni Rusiyanın ayrıca, NATO-nun ayrıca sistemi olsun və yaxşı olardı ki, bu iki sistem öz aralarında əməkdaşlıq etsin", - səfir əlavə edib.

Onun sözlərinə görə, həmin əməkdaşlığın necə baş tutacağı hələ dəqiq deyil.

"Bunun əsas səbəbi odur ki, həmin müdafiə sisteminin özünün quruluşu hələ inkişaf edir və dəqiq deyil. Biz bilirik ki, Qəbələ RLS Azərbaycanda yerləşir və onu Rusiya istismar edir. Sözsüz ki, biz müdafiə sistemindən danışırıqsa, həmin müdafiə sistemində olan tərəflərin hər biri ilə müzakirə aparmaq lazımdır", - Brayza vurğulayıb.

Qəbələ RLS Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərən "Daryal" tipli stasionar radiolokasiya stansiyasıdır.

RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. İstismara 1985-ci ildə verilib.

Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi il ərzində 14 mln. dollar ödəməklə icarəyə verib.

Xəbər lenti

Xəbər lenti