...

Ermənilər II Qareginin istefasını tələb edirlər

Siyasət Materials 20 İyul 2011 11:20 (UTC +04:00)
Ermənistanda Facebook sosial şəbəkəsinin istifadəçiləri "Katalikosun istefasını tələb edirik" adı altında qrup yaradıblar. Gün ərzində qrupa Bütün ermənilərin katalikosu II Qareginin istefasını tələb edən 200-dək istifadəçi qoşulub.
Ermənilər II Qareginin istefasını tələb edirlər

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Ermənistanda Facebook sosial şəbəkəsinin istifadəçiləri "Katalikosun istefasını tələb edirik" adı altında qrup yaradıblar. Gün ərzində qrupa Bütün ermənilərin katalikosu II Qareginin istefasını tələb edən 200-dək istifadəçi qoşulub. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" yazır.

"Əziz dostlar, belə səhifənin yaradılmasına səbəb Katalikosun dağlarda yerləşən kilsələrlə işi olmadığına dair verdiyi bəyanat olub", - qrupun yaradıcıları qeyd edirlər.

Facebook sosial şəbəkəsində "Siz Bütün ermənilərin Katalikosu II Qareginin Erməni Apostol Kilsəsindən uzaqlaşdırılmasına tərəfdarsınızmı?" sualı da qeyd olunub.

Gün ərzində bu suala təxminən 1200-dən çox istifadəçi müsbət, yüzdən bir qədər acıq çox istifadəçi isə mənfi cavab verib.

Xəbər lenti

Xəbər lenti