...

Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı səfirini qəbul edib

Siyasət Materials 22 İyul 2011 17:03 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karolin Braunu ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib
Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karolin Braunu ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı xanım K.Braun Azərbaycanda Böyük Britaniyanın səfiri olmasından məmnun olduğunu vurğulayıb.

İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.

Öz növbəsində nazir Məmmədyarov xanım Karolin Brauna xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti