...

Abşeron rayonunda yeni Zooloji Park tikiləcək

Siyasət Materials 5 Avqust 2011 19:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Abşeron rayonunda yeni Zooloji Park tikiləcək

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olnur ki, Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 3 milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti