...

Yeni xüsusi nümayəndənin təyinatı Aİ-nin Cənubi Qafqazdakı rolunu artıracaq - Eşton

Siyasət Materials 26 Avqust 2011 14:32 (UTC +04:00)
Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton təşkilatın Cənubi Qafqazadakı yeni nümayəndəsinin təyinatını alqışlayır.
Yeni xüsusi nümayəndənin təyinatı Aİ-nin Cənubi Qafqazdakı rolunu artıracaq - Eşton

Аzərbaycan, Bakı, 26 avqust /Trend/

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton təşkilatın Cənubi Qafqazadakı yeni nümayəndəsinin təyinatını alqışlayır.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Filipp Lefort təyin edilib. Trend-in məlumatına görə, bu barədə Aİ-nin məlumatında deyilir.

Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun təklifinə əsaslanan qərarla Lefort Pyer Morel və Piter Semnebini 2011-ci il sentyabrın 1-dən 2012-ci il iyunun 30-dək əvəz edəcək.

"Lefort Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndə vəzifəsinə ideal seçimdir və onun təyinatı Aİ-nin bu həssas regionda rolunu artırmağa imkan verəcək", - Aİ-nin məlumatında Eştondan sitat gətirlir.

Onun sözlərinə görə, Leffort region haqqında dərin biliklərə və orada yüksək səviyyəli çoxillik iş təcrübəsinə malikdir.

Filipp Lefort 20 ildən artıq təcrübəyə malik fransalı diplomatdır. O, karyerasının böyük hissəsini Qafqaza və Rusiyaya həsr edib, Fransanın Gürcüstandakı səfiri (2004-2007-ci illər) olub, eləcə də Fransanın Rusiyadakı səfirinin müavini(2007-2010-cu illər) vəzifəsində çalışıb. 2010-cu ildən Fransa XİN-in Kontinental Avropa Departamentinin rəhbəri olub.

Xəbər lenti

Xəbər lenti