...

Nazim İbrahimov: Azərbaycan və Gürcüstan xalqlarının dostluğu dərin tarixi köklərə əsaslanır

Siyasət Materials 28 Avqust 2011 12:26 (UTC +04:00)
Azərbaycanla Gürcüstanın strateji tərəfdaş olduğunu da deyib
Nazim İbrahimov: Azərbaycan və Gürcüstan xalqlarının dostluğu dərin tarixi köklərə əsaslanır

Gürcüstan, Batumu, 28 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan və Gürcüstan xalqlarının dostluğu dərin tarixi köklərə əsaslanır. Trend-in məlumatına görə, bu barədə bazar günü Gürcüstanın Batumi şəhərində Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən "Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində" adlı konfransda giriş nitqində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

İbrahimov qeyd edib ki, belə bir tədbirin məhz Gürcüstanda keçirilməsi təsadüfi deyil.

O, Azərbaycanla Gürcüstanın strateji tərəfdaş olduğunu da deyib.

"Müstəqillik əldə edildikdən sonra üzləşdiyi çətinliklərə baxmayaraq hər iki ölkə dünya ictimaiyyətinə uğurla inteqrasiya edir. İki ölkə uğurlu transmilli layihələr həyata keçirir. Lakin bizim xalqları birləşdirən cəhət tək iqtisadi maraqlar deyil, eyni zamanda milli maraqlardır" - İbrahimov vurğulayıb.

Sonra tədbir "Müstəqilliyimiz əbədidir" adlı filmin nümayişi ilə davam etdirilib.

"Yanvarın 20-də Bakıda, Aprelin 9-da Tiflisdə sovet qoşunlarının törətdiyi qırğınları xalqlarımız heç vaxt unutmayacaq. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra etnik separatizm problemləri ilə qarşılaşıb. Bu etnik münaqişələr nəticəsində minlərlə vətəndaşımız həlak olub. Bütün bu çətinliklərə baxmayaraq, ölkələrimiz bu gün inkişaf yoluna qədəm qoyub və uğurla inkişaf edir" İbrahimov əlavə edib.

Daha sonra İbrahimov tədbir iştirakçılarını təqdim və konfransı açıq elan edib. Qeyd edib ki, tədbirdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımov, Gülər Əhmədova iştirak edirlər. Budan əlavə Gürcüstanın Diaspor Məsələləri üzrə Dövlət naziri Mirza Davitaya və Azərbaycanın Batumdakı baş konsulu Hüseyn Nəcəfov da iştirak edirlər.

Sonra tədbir iştirakçıları Azərbaycanın 20 illik müstəqillik dövrü ərzində keçdiyi inkişaf yolundan bəhs edən "Müstəqilliyimiz əbədidir" adlı sənədli filmə baxıblar.

Xəbər lenti

Xəbər lenti