...

Türkiyə İranla birgə Qəndil dağlarında hərbi əməliyyatlar apara bilər - Ərdoğan

Siyasət Materials 16 Sentyabr 2011 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə İranla birgə Qəndil dağlarında terrorizmlə mübarizə üzrə hərbi əməliyyatların aparılması mümkünlüyünü nəzərdən keçirir. Trend-in NTV Haber-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirilib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.
Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb. Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Ərdoğan onu da bəyan edib ki, İran Suriya Prezidenti Bəşşar Əsəd hakimiyyətini dəstəkləməklə, onun fəaliyyətini həvəsləndirir. Bu məsələnin müzakirə olunması üçün Türkiyə hakimiyyəti ölkənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanı İrana göndərəcək.

Baş nazir qeyd edib ki, onun özünün də Fidandan sonra İrana səfər etməsi mümkündür.

Xəbər lenti

Xəbər lenti