...

Azərbaycanın xarici işlər naziri italiyalı senatorlarla görüşüb

Siyasət Materials 14 Oktyabr 2011 19:16 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İtaliya senatoru xanım Rossana Boldinin rəhbərlik etdiyi senatorlar qrupu ilə görüş keçirib.
Azərbaycanın xarici işlər naziri italiyalı senatorlarla görüşüb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İtaliya senatoru xanım Rossana Boldinin rəhbərlik etdiyi senatorlar qrupu ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-İtaliya münasibətləri ilə yanaşı, parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Məmmədyarov bu kimi səfərlərin iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində əlaqələrin inkişafına təkan verəcəyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində atılan addımlar barədə italiyalı qonaqlara ətraflı məlumat verən nazir Elmar Məmmədyarov, Azərbaycanın günbəgün inkişaf edən iqtisadiyyatının ölkənin güclənməsinə gətirib çıxardığını vurğulayıb.

İtaliyalı parlamentarilər Azərbaycanın mövcud potensialının və həyata keçirdiyi irimiqyaslı layihələrin təqdirəlayiq olduğunu vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti