...

ABŞ Senatının üzvü Azərbaycan Prezidentini təbrik edib

Siyasət Materials 17 Oktyabr 2011 20:22 (UTC +04:00)
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Riçard G.Luqar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
ABŞ Senatının üzvü Azərbaycan Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Riçard G.Luqar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident, Sizi Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Müstəqilliyinizin ilk günlərindən ABŞ-ın Azərbaycan ilə sıx əməkdaşlığını yüksək qiymətləndirirəm.

Ölkələrimiz arasındakı mövcud yüksək səviyyəli dayanıqlı qarşılıqlı əlaqələr "Cənub" qaz dəhlizinin inkişaf etdirilməsi, Xəzər dənizində qadağan olunmuş malların dövriyyəsinin qarşısının alınması mexanizminin gücləndirilməsi, ekstremist qüvvələrə qarşı birgə mübarizə, sıx regional əməkdaşlığın inkişafı və maraq dairələrimizi əhatə edən bir çox başqa sahələrdə konkret irəliləyişlərin əldə edilməsinə imkan yaratmışdır", - təbrikdə deyilir.

Riçard Luqar İlham Əliyevə Azərbaycan xalqının tarixində böyük əhəmiyyət kəsb edən bu gün münasibətilə ən xoş arzularını çatdırıb.

Xəbər lenti

Xəbər lenti