...

Türk ordusu iki gün ərzində 49 terrorçunu məhv edib

Siyasət Materials 23 Oktyabr 2011 11:52 (UTC +04:00)
Türk ordusu iki gün ərzində aparılan hərbi əməliyyatlar nəticəsində 49 terrorçunu məhv edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Hürriyyət qəzeti məlumat yayıb.
Türk ordusu iki gün ərzində 49 terrorçunu məhv edib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Türk ordusu iki gün ərzində aparılan hərbi əməliyyatlar nəticəsində 49 terrorçunu məhv edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Hürriyyət qəzeti məlumat yayıb.

Şimali İraqdakı PKK düşərgələrinə yönələn əməliyyat Şemdinli, Çukurca və Uludərə sərhədindəki ərazilərdə 200 kilometrə qədər genişlənib. Şemdinli sərhədindən Zaqros və Harkürk, Çukurcadan Zap, Uludərə sərhədindən isə Haftadakı PKK düşərgələrinə istiqamətlənən quru əməliyyatlarına artileriya və hava zərbələri də dəstək verir.

PKK-nın irili-xırdalı bir çox düşərgələri bombalanır. Xüsusi birliklər də nöqtə əməliyatı quraraq irəliləyirlər.

Çukurcanın Kazan vadisi ilə İşımlı bölgəsində PKK-çıların yerləşdikləri bölgələrə də gün boyu hava zərbələri endirilir və şimali İraqdakı PKK düşərgələri ilə əlaqələri kəsdirilir.

Xəbər lenti

Xəbər lenti