Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmeni qəbul edib.
Əbiyev yeni təyinatı ilə bağlı səfiri təbrik edərək ona uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasında hərbi əlaqələrin mövcud durumu, regionda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.