...

Azərbaycan və İsrail iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Siyasət Materials 10 Noyabr 2011 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrailin milli infrastruktur naziri Uzi Landau ilə görüşüb.

XİN mətbuat ximndətindən cümə axşamı Trend-ə verilən məlumata görə, görüş zamanı Landau Azərbaycan tərəfini BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında daha sıx əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayaraq, ikitərəfli səfərlərin əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib, iki ölkə arasında bir çox sahələrdə - iqtisadi, ticarət, kənd təsərrüfatı, informasiya texnologiyaları və s. sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd ediblər.

Nazir Elmar Məmmədyarov israilli qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə istiqamətində aparılan danışıqlar barədə ətraflı məlumat verib.

Görüş zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti