...

Milli koordinatorlar GUAM XİNŞ-nin gündəliyini müəyyənləşdirəcəklər

Siyasət Materials 28 Noyabr 2011 14:50 (UTC +04:00)
Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) milli koordinatorları bazar ertəsi Kişinyovda görüşürlər.
Milli koordinatorlar GUAM XİNŞ-nin gündəliyini müəyyənləşdirəcəklər

Azərbaycan, Bakı, 28 noyabr /Trend müxbir S. Ağayeva/

Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) milli koordinatorları bazar ertəsi Kişinyovda görüşürlər. Bu barədə bazar ertəsi Trend-ə təşkilatın katibliyindən məlumat verilib.

Gündəliyə GUAM üzv olan ölkələrin siyasi və iqtisadi sahələrdə əməkdaşlığının inkişafı, Xarici İşlər Nazirləri Şurası (XİNŞ) iclasının gündəliyinin razılaşdırılması məsələləri daxil edilib.

XİNŞ-nin ATƏT-in nazirlikləri çərçivəsində dekabrın 6-7-də Vilnüsdə keçirilməsi planlaşdırılır.

Azərbaycan tərəfindən GUAM-ın milli koordinatoru xarici işlər nazirinin müavini Araz Əzimovdur.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti