...

Azərbaycanın xarici işlər naziri ISAF XİN rəhbərlərinin iclasında iştirak edəcək

Siyasət Materials 6 Dekabr 2011 18:55 (UTC +04:00)
Elmar Məmmədyarov dekabrın 7-8-də Brüsseldə keçiriləcək NATO-nun (ISAF) rəhbərliyi altında Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin üzv ölkələrinin XİN rəhbərlərinin iclasında ölkəni təmsil edəcək.
Azərbaycanın xarici işlər naziri ISAF XİN rəhbərlərinin iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 7-8-də Brüsseldə keçiriləcək NATO-nun (ISAF) rəhbərliyi altında Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin üzv ölkələrinin XİN rəhbərlərinin iclasında ölkəni təmsil edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.

Səfər çərçivəsində Məmmədyarov iclasda iştirak edəcək, digər iştirakçı ölkələrin nümayəndə heyətlərinin başçıları ilə yüksək səviyyədə ikitərəfli görüşlər keçirəcək.

Məmmədyarovun səfər proqramına Belçikanın Təhlil və Müdafiəsi məsələləri üzrə Mərkəzində məruzə ilə çıxış etmək daxildir. Nazir məruzəsində ölkənin Avratlantik strukturlara inteqrasiyası, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın enerji strategiyası, ölkənin ISAF ilə əməkdaşlığı kimi mövzulara toxunacaq.

Xəbər lenti

Xəbər lenti