...

İranda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Siyasət Materials 13 Dekabr 2011 13:42 (UTC +04:00)
Azərbaycanın İrandakı səfirliyində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi təşkil olunub.
İranda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 13 dekabr / Trend/

Azərbaycanın İrandakı səfirliyində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə İran rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, şəhər ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər.

İştirakçılara Azərbaycan həqiqətlərini əks etdirən kitab və jurnallar paylanıb, ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən sənədli film təqdim olunub.

Ulu öndər Heydər Əliyevin ruhuna Qurani-Kərimdən ayələr oxunduqdan sonra iştirakçılara dahi şəxsiyyətin şanlı həyat yolu və fəaliyyəti barədə ətraflı məlumat verən ölkəmizin İrandakı səfiri Cavanşir Axundov deyib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının işıqlı gələcəyi üçün mühüm işlər görüb.

Səfir bildirib ki, ümummilli liderin həyata keçirdiyi beynəlxalq layihələr regionun inkişafı üçün böyük imkanlar yaradıb.

Qırğızıstanın İrandakı səfiri Mədədxan Şerimkulov, Azərbaycan-İran Dostluq Cəmiyyətinin sədri Əhəd Qəzayi, İranın ölkəmizdəki sabiq səfiri Əlirza Bigdeli ümummilli lider Heydər Əliyev haqqında xatirələrini bölüşüblər.

Natiqlər xüsusi qeyd ediblər ki, sülh və sabitlik, tərəqqi və inkişaf, xalqların dostluğu və insanların rifahına nail olmaq Heydər Əliyevin həyat amalı olub. Ulu öndər heç vaxt bu əsas prinsiplərdən geri çəkilməyib, xoş niyyətlərinə çatmaq üçün daim əzmlə çalışıb.

Xəbər lenti

Xəbər lenti