...

Azərbaycan və Belçikanın iş adamlarının forumu keçiriləcək

Siyasət Materials 9 Yanvar 2012 12:13 (UTC +04:00)
2012-ci ildə Azərbaycan və Belçikanın iş adamlarının forumu keçiriləcək.
Azərbaycan və Belçikanın iş adamlarının forumu keçiriləcək

Azərbaycan, Bakı, 9 yanvar / Trend müxbir M.Əliyev/

Bu il ərzində Azərbaycan və Belçikanın iş adamlarının forumu keçiriləcək.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) bazar ertəsi Trend-ə bildiriblər ki, bu barədə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin ölkəyə səfəri zamanı razılığa gəlinib.

Balçikalı deputat Filip Blanşarın rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlər zamanı Azərbaycan-Belçika Dostluq Qrupunun 2012-ci il üçün fəaliyyət proqramı müzakirə edilib.

2012-ci il üzrə tədbirlər planına uyğun olaraq, Qrupun rəhbərlərinin seçildikləri dairələrə (Azərbaycanda və Belçikada) tanışlıq səfərləri təşkil edilməli, hər ölkədən bir universitet və bir TV kanalı ilə işbirliyi qurulmalıdır. Həmin işbirliyinə uyğun olaraq Azərbaycan universitetində tələbələrə Belçikanın təbliği və Azərbaycan telekanalında Belçika ilə bağlı proqramların hazırlanması təmin edilməlidir. Tədbirlər planına uyğun olaraq, həmçinin Belçika parlamentində Xocalı faciəsinin 20-ci ildönümü (2012-ci ilin fevralında) və Azərbaycanla Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü (2012-ci ilin iyununda) qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti