...

Fransa Senatı "erməni soyqırımı" ilə bağlı qanun layihəsinə dəyişikliyi müzakirə edir

Siyasət Materials 23 Yanvar 2012 20:57 (UTC +04:00)
Fransa Senatı "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə dəyişikliyi müzakirə edir. Trend-in məlumatına görə, bu barədə TRT Haber telekanalı xəbər verir.
Fransa Senatı "erməni soyqırımı" ilə bağlı qanun layihəsinə dəyişikliyi müzakirə edir

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir A.Tağıyeva/

Fransa Senatı "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə dəyişikliyi müzakirə edir. Trend-in məlumatına görə, bu barədə TRT Haber telekanalı xəbər verir.

Məlumata görə, qanun layihəsinə dəyişiklik qəbul edilsə, layihənin müzakirəsi təxirə salına bilər.

Fransa Senatının alt palatası ötən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti