Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Xarici İşlər Nazirliyinin Twitter səhifəsi yaradılıb.
XİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata gorə, nazirliyin Twitter səhifəsinin yaradılması ilə xarici siyasətimizə dair xəbərlərin, xarici işlər nazirinin keçirdiyi görüşlərin, XİN-in bəyanatlarının və press-relizlərin operativ şəkildə oxuculara çatdırılması təmin olunacaq.
Twitter səhifəsinə www.twitter.com/AzerbaijanMFA linki ilə daxil ola bilərsiniz.