Azərbaycan, Bakı, 8 fevral / Trend /
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Dövlət Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Dövlət Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri.
Komissiyanın üzvləri:
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azər Zeynalov - Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini
Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini
Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Bəhram Əliyev - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Cavanşir Axundov - Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi
Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Aydın Bəşirov - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi
Arif Əsgərov - "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri
Etibar Pirverdiyev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti.
Dövlət Komissiyasına Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrini mütəmadi müzakirə etmək, bu əlaqələrin genişləndirilməsi və tənzimlənməsi üçün müvafiq tədbirləri həyata keçirmək, əməkdaşlıqda xüsusi əhəmiyyət kəsb edən məsələləri həll etmək və görülən işlər barəsində vaxtaşırı Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Dövlət Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə İran İslam Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.