...

İranda nüvə sahəsində son nailiyyətlərin təqdimat mərasimi başlayıb

Siyasət Materials 15 Fevral 2012 17:14 (UTC +04:00)
Tehran şəhərindəki nüvə obyektində Prezident Mahmud Əhmədinejadın iştirakı ilə nüvə sahəsində son nailiyyətlərin təqdimat mərasimi başlayıb.
İranda nüvə sahəsində son nailiyyətlərin təqdimat mərasimi başlayıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

Tehran şəhərindəki nüvə obyektində Prezident Mahmud Əhmədinejadın iştirakı ilə nüvə sahəsində son nailiyyətlərin təqdimat mərasimi başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Press TV xəbər verib.

Telekanalın məlumatına əsasən, Əhmədinejad istilik plitələrinin reaktora yüklənməsinə nəzarət edəcək.

Daha sonra Prezidentin rəsmi bəyanat verəcəyi gözlənilir.

Hazırda Əhmədinejad obyektdə nüvə alimləri ilə söhbət edir. O, həmçinin məlumat verib ki, daha bir nüvə nailiyyəti Nətənzdəki nüvə zavodunda təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti