...

Azərbaycan Prezidenti fizika-riyaziyyat elmləri doktoru, professor Sergey Kapitsaya təbrik məktubu ünvanlayıb

Siyasət Materials 22 Fevral 2012 13:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fizika-riyaziyyat elmləri doktoru, professor Sergey Kapitsaya təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti fizika-riyaziyyat elmləri doktoru, professor Sergey Kapitsaya təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev fizika-riyaziyyat elmləri doktoru, professor Sergey Kapitsaya təbrik məktubu ünvanlayıb.

"Hörmətli Sergey Petroviç, İcazə verin, Sizi elmi biliklərin təbliği sahəsində görkəmli nailiyyətlərinizə görə Rusiya Elmlər Akademiyasının Qızıl medalı ilə təltif olunmağınız münasibətilə təbrik edim, Sizə möhkəm cansağlığı və yeni elmi uğurlar arzulayım.

Sizin elmin inkişafına və elmi biliklərin geniş miqyasda təbliğinə verdiyiniz böyük töhfə bütün dünyada, o cümlədən Azərbaycanda yüksək qiymətləndirilir. Ötən il Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Sizinlə görüşümü məmnunluqla xatırlayıram. Sizin Heydər Əliyev Fondunda keçirdiyiniz görüş də Azərbaycan ilə Rusiya Federasiyası arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini vermişdir.

Sizi Rusiya Elmlər Akademiyasının yüksək mükafatı ilə təltif olunmağınız münasibətilə bir daha təbrik edir, Sizə elmi yaradıcılığınızda yeni-yeni uğurlar arzulayıram" İlham Əliyevin təbrik məktubunda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti