...

Suriyaya hərbi müdaxilə regionda vətəndaş müharibəsinə rəvac verə bilər - İƏT-in baş katibi

Siyasət Materials 23 Fevral 2012 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend müxbir A.Tağıyeva/

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu Suriyaya hərbi müdaxilənin əleyhinə olduğunu bildirib. Bu barədə İƏT-dən Trend-ə daxil olan məlumatda bildirilir.

"Siriyaya hərbi müdaxilənin əleyhinəyik. Bu ölkəyə hərbi müdaxilə regionda vətəndaş müharibəsinə rəvac verə bilər", - İhsanoğlu bildirib.

Ötən ilin martından etibarən Suriyada hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur.

Suriya hakimiyyəti ölkədə baş verən qarşıdurmanın qarşısını almaq məqsədilə fevralın 26-da yeni konstitusiya qəbul edilməsi üçün referendum keçirəcək.

Xəbər lenti

Xəbər lenti