...

Azərbaycan Prezidenti İlham Əliyev Masallı rayonuna səfərə gəlib

Siyasət Materials 13 Mart 2012 15:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Masallı rayonuna səfərə gəlib
Azərbaycan Prezidenti İlham Əliyev Masallı rayonuna səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Masallı rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı Masallı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, ümummilli liderin adını daşıyan park yenidən qurulmuşdur. Burada 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılmışdır. Parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait vardır.

Xəbər lenti

Xəbər lenti