...

İran və Türkiyə ikitərəfli münasibətlərin inkişafı üçün xüsusi nümayəndələr təyin ediblər

Siyasət Materials 28 Mart 2012 18:17 (UTC +04:00)
Türkiyə və İran arasında münasibətlərin gələcək inkişafı üçün ölkələr hər bir tərəfdən xüsusi nümayəndələrin təyin edilməsi haqqında razılığa gəliblər.
İran və Türkiyə ikitərəfli münasibətlərin inkişafı üçün xüsusi nümayəndələr təyin ediblər

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

Türkiyə və İran arasında münasibətlərin gələcək inkişafı üçün ölkələr hər bir tərəfdən xüsusi nümayəndələrin təyin edilməsi haqqında razılığa gəliblər. Trend-in çərşənbə günü ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə tərəfindən inkişaf və investisiyalar naziri Cevdet Yılmaz, İrandan isə Prezidentin beynəlxalq məsələlər üzrə müavini Əli Saidlu xüsusi nümayəndə təyin edilib.

Ərdoğan qeyd edib ki, xüsusi nümayəndələrə ölkələr arasında əməkdaşlıq sahələrinin siyahısını tərtib etmək və əməkdaşlığın səviyyəsini öyrənmək tapşırılıb.

"Bizim məqsədimiz ölkələr arasında mal dövriyyəsini 35 milyard dollara çatdırmaqdır", - o vurğulayıb.

Ərdoğanın sözlərinə görə, Türkiyə İran və "altılıq" arasında danışıqlar prosesinə müsbət töhfə vermək niyyətindədir.

Çərşənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana səfəri başlayıb. Ərdoğanın İran Prezidenti Mahmud Əhmədinejad və parlament sədri Əli Laricani ilə görüşü gözlənilir.

Xəbər lenti

Xəbər lenti