Əli Həsənov: Azərbaycanlıların soyqırımını xatırladan ümumi abidə və ya muzey kompleksinin yaradılması təşəbbüsü var

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycanlıların soyqırımını xatırladan ümumi abidə və ya muzey kompleksinin yaradılması təşəbbüsü var. Bunlar hazırda Prezident Administrasiyasında öyrənilir, müvafiq qurumlar tərəfindən dəyərləndirilir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Hələlik bununla bağlı qərar verilməsə də, düşünürük ki, milli yaddaşın formalaşdırılması, tarixi keçmiş, bu gün və gələcək arasında əlaqə yaratmaq, bu soyqırım haqqında ictimai fikir formalaşması kontekstində belə bir muzeyin yaradılması vacibdir", - Həsənov bildirib.
Xəbər lenti
Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri
Cənab Ali Baş Komandanımız iki cəbhədə öz Dəmir Yumruğunu göstərdi - Qarabağda və mediada - MÜSAHİBƏ