...

İran-"altılıq" danışıqlarının Türkiyədə keçirilməsi barədə razılaşma hələ əldə olunmayıb

Siyasət Materials 29 Mart 2012 15:25 (UTC +04:00)
İranın nüvə proqramı üzrə rəsmi Tehran və "altılıq" arasında danışıqların məhz Türkiyədə keçirilməsi haqqında razılaşma hələ əldə edilməyib.
İran-"altılıq" danışıqlarının Türkiyədə keçirilməsi barədə razılaşma hələ əldə olunmayıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir A.Tağıyeva/

İranın nüvə proqramı üzrə rəsmi Tehran və "altılıq" arasında danışıqların məhz Türkiyədə keçirilməsi haqqında razılaşma hələ əldə edilməyib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı İranda rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, İranın rəsmi şəxsləri ilə Suriyadakı böhranın nizamlanması məsələsi də müzakirə edilib, lakin tərəflər konkret qərara gələ bilməyiblər.

"Bir gün əvvəl İranın rəsmi şəxsləri ilə keçirilmiş görüşlər əsasən iqtisadi məsələlərə həsr olunub", - Ərdoğan qeyd edib.

Xəbər lenti

Xəbər lenti