...

İran parlamenti əmək nazirini impiçment edə bilər

Siyasət Materials 2 Aprel 2012 16:25 (UTC +04:00)
İranın kooperativlər, əmək və sosial təminat naziri Əbdülrza Şeyxülislami Tehranın keçmiş baş prokuroru Səid Mürtəzəvini Sosial Təminat Təşkilatının rəhbəri təyin etdiyinə görə parlamentdə impiçment oluna bilər.
İran parlamenti əmək nazirini impiçment edə bilər

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbirlər F.Milad, E.Tariverdiyeva/

İranın kooperativlər, əmək və sosial təminat naziri Əbdülrza Şeyxülislami Tehranın keçmiş baş prokuroru Səid Mürtəzəvini Sosial Təminat Təşkilatının rəhbəri təyin etdiyinə görə parlamentdə impiçment oluna bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Mehr" agentliyinə deputat Pərviz Süruri bildirib.

Onun sözlərinə görə, parlament nazirdən bu təyinatı ləğv etməsini və ya Mürtəzəvinin öz istefası barədə qərar verməsini gözləyirdi. Lakin hələlik bu baş verməyib.

Süruri əlavə edib ki, nazirin impiçmenti üçün imza toplamış parlament üzvləri bu məsələ ilə bağlı sabah müzakirə aparacaqlar.

Qeyd edək ki, parlamentin 2010-cu il yanvarın 10-da dərc olunmuş məruzəsində Mürtəzəvinin ünvanına 2009-cu ilin iyununda keçirilən prezident seçkilərində siyasi iğtişaşlarda iştirak etməkdə ittiham olunan 147 məhbusun Kazirak həbsxanasına göndərilməsi, orada onların lazımi saxlanma şəraiti ilə təmin olunmamasına dair ittiham səsləndirilir.

Xəbər lenti

Xəbər lenti