...

Bakı polisi müxalifətin mitinqində 1200-ə yaxın iştirakçı olduğunu açıqlayıb

Siyasət Materials 22 Aprel 2012 19:41 (UTC +04:00)
Bakı polisi müxalifətin mitinqində 1200-ə yaxın iştirakçı olduğunu açıqlayıb.
Bakı polisi müxalifətin mitinqində 1200-ə yaxın iştirakçı olduğunu açıqlayıb

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/

Aprelin 22-də özünü İctimai Palata adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.

Trend-in Bakı şəhər Baş Polis İdarəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, AXP, ADP, VHP, eləcə də, bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Xəbər lenti

Xəbər lenti