...

İlham Əliyevin ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə görüşü olub

Siyasət Materials 4 May 2012 09:25 (UTC +04:00)
Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə görüşü olmuşdur
İlham Əliyevin ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə görüşü olub

Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə görüşü olmuşdur.

General Uilyam Freyzer Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafından məmnunluğunu bildirdi. Terrorizmə qarşı mübarizədə və Əfqanıstanda həyata keçirilən sülyaratma əməliyyatlarında Azərbaycanın rolunu vurğulayan komandan bu sahədə əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu dedi.

Əməkdaşlığımızın uğurlu və səmərəli olduğunu qeyd edən Azərbaycan Prezident İlham Əliyev antiterror koalisiyası çərçivəsində əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirdi.

Xəbər lenti

Xəbər lenti